Əsas məzmuna keç

BMT: ABŞ-nin İranda müharibə cinayəti törətdiyinə dair əsaslı dəlillər var

BMT: ABŞ-nin İranda müharibə cinayəti törətdiyinə dair əsaslı dəlillər var

BMT-nin müstəqil komissiyası ABŞ və İsrailin İrana hücumları, eləcə də İran hakimiyyətinin etirazçılara qarşı repressiyaları ilə bağlı hesabat yayıb.

en ru

Təşkilatının () İran üzrə Beynəlxalq Araşdırma Komissiyası İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində hazırladığı yeni genişmiqyaslı hesabatını təqdim edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sənəddə İran mülki əhalisinin bir tərəfdən rəsmi Tehranın törətdiyi ağır insan hüquqları pozuntuları və insanlıq əleyhinə cinayətlərdən, digər tərəfdən isə və İsrailin ölkə ərazisinə endirdiyi hava zərbələrindən ciddi zərər çəkdiyi vurğulanıb. Komissiya 2025–2026-cı illərdə keçirilən kütləvi etirazlar zamanı İran təhlükəsizlik qüvvələrinin ölümcül gücdən istifadə etdiyini, interneti kəsdiyini və mart-avqust ayları arasında aksiyalarla bağlı 29 nəfəri edam etdiyini diqqətə çatdırıb.

BMT komissiyası, həmçinin ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi və azı 178 mülki şəxsin (qadın və uşaqlar daxil olmaqla) həlak olmasına gətirib çıxaran hava hücumlarını araşdıraraq, Vaşinqtonun müharibə cinayəti törətdiyinə dair əsaslı dəlillərin olduğunu bəyan edib. Beynəlxalq qurum tərəfləri insan hüquqları pozuntularına dərhal son qoymağa və zərərçəkənlərə təzminat ödəməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…