Əsas məzmuna keç

İsrail İranın kosmik tədqiqat mərkəzini darmadağın etdi

İsrail İranın kosmik tədqiqat mərkəzini darmadağın etdi

Tehranın hərbi peyklər və kəşfiyyat üçün istifadə etdiyi strateji laboratoriyalar sıradan çıxarıldı. İDO-nun hava hücumundan müdafiə obyektlərinə zərbəsinin təfərrüatı.

en ru

İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində İranın agentliyinə məxsus, Tehranda yerləşən baş mərkəzi dağıdılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, bu mərkəzdə hərbi peyklər üzrə strateji laboratoriyalar yerləşirdi. Həmin laboratoriyalar müşahidə, məlumatlarının toplanması və bütün Yaxın Şərqdə hədəflərə atəş yönəltmə daxil olmaqla bir sıra mühüm vəzifələr üçün istifadə olunurdu.

Həmçinin, hava hücumundan müdafiə sistemlərinin istehsal edildiyi bir neçə obyekt də zərbələrə məruz qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…