Əsas məzmuna keç

İsrail İrana zərbə endirəcəyi ilə bağlı ABŞ-yə xəbərdarlıq edib

İsrail İrana zərbə endirəcəyi ilə bağlı ABŞ-yə xəbərdarlıq edib

Təl-Əviv Tehranın ballistik raket proqramının "qırmızı xətti" keçəcəyi təqdirdə təkbaşına hərəkətə keçəcəyini bəyan edib.

en ru

İsrail rəhbərliyi İrana qarşı müstəqil şəkildə hərbi əməliyyat keçirməyə hazır olduğu barədə ABŞ-ni məlumatlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat "Jerusalem Post" qəzetində İsrail Müdafiə Nazirliyindəki mənbələrə istinadən dərc olunub.

Nəşrin həmsöhbəti qeyd edib ki, rəsmi Təl-Əviv Tehranın raketlər sahəsində "qırmızı xətti" keçəcəyi təqdirdə bu addımı atacaq.

İsrail rəsmiləri amerikalı həmkarlarına bildiriblər ki, İranın ballistik raketlərin hazırlanması və istehsalı proqramı İsrail dövləti üçün ekzistensial təhlükə yaradır.

Məlumata görə, İsrail hərbçiləri artıq İranın planlarını pozmaq məqsədilə ölkənin əsas istehsal obyektlərinə zərbələr endirilməsini nəzərdə tutan xüsusi əməliyyat planları hazırlayıblar.

Bununla belə, "Axios" portalının yaydığı xəbərə görə, Prezidenti İsrail rəhbərliyindən fərqli olaraq, hazırda İrana hücumu zəruri hesab etmir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…