Əsas məzmuna keç

İsrail Suriyadakı hərbi hava limanına zərbələr endirdi

İsrail Suriyadakı hərbi hava limanına zərbələr endirdi

Yerli mənbələrin məlumatına görə, İsrail döyüş təyyarələri Suriyanın "Əbu Zuhur" hərbi aerodromunu hədəf alıb.

en ru

Suriyadakı yerli mənbələrin yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 03:00 radələrində İsrail Hərbi Hava Qüvvələri ölkə ərazisindəki hərbi obyektlərə hava zərbələri endirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ilkin məlumatlara əsasən, İsrail aviasiyası Suriyanın şimal-qərbində “” hərbi hava limanına dörd dəfə endirib. Bu məlumatı hazırda digər müstəqil mənbələr tam şəkildə təsdiqləməyib.

Hücum nəticəsində ölən və yaralananların olub-olmaması ilə bağlı hələlik dəqiq məlumat açıqlanmayıb.

hakimiyyətinin və ya Dəməşqin rəsmi qurumlarının hadisə ilə bağlı açıqlama vermədiyi bildirilir.

Müşahidəçilərin fikrincə, Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin Suriyadakı hərbi fəaliyyəti daha da intensivləşib. İsrailin əvvəlki illərdə əsasən İran qüvvələri və “”la əlaqəli mövqeləri hədəfə aldığı halda, son dövrdə Suriya ordusunun strateji hərbi obyektlərinə, hava bazalarına, silah anbarlarına və hava hücumundan müdafiə sistemlərinə də zərbələr endirdiyi bildirilir.

Yeni hücum barədə məlumatlar Suriyada hərbi gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqları gücləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…