Əsas məzmuna keç

ABŞ Türkiyə və İsrail arasında gərginliyin qarşısını almaq üçün mexanizm yaradır

ABŞ Türkiyə və İsrail arasında gərginliyin qarşısını almaq üçün mexanizm yaradır

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrack İsrailin Suriyadakı hərbi bazaya endirdiyi zərbələrdən sonra tərəflər arasında toqquşmaların qarşısını almaq üçün təcili tədbirlər görüldüyünü açıqlayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

, İsrail və arasında mümkün hərbi qarşıdurmanın qarşısını almaq məqsədilə yeni diplomatik formalaşdırmağa çalışır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri və Suriya-İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak “Reuters”ə açıqlamasında İsrailin Suriyanın şimalında, Türkiyə sərhədinə yaxın “” hərbi hava bazasına endirdiyi son zərbələrdən danışıb.

Barrak bildirib ki, İsrailin hücumundan əvvəl Türkiyə tərəfinə hər hansı xəbərdarlıq edilməyib. Onun sözlərinə görə, İsrail təyyarələrinin Türkiyə sərhədlərinə doğru hərəkət etməsi Ankarada mümkün cavab tədbirləri ilə bağlı narahatlıq yaradıb.

Diplomat tərəflərin təmkinli davranmasının daha ciddi qarşıdurmanın qarşısını aldığını vurğulayıb. Onun fikrincə, baş verən insident Türkiyə, İsrail və Suriya arasında operativ informasiya mübadiləsinin nə qədər vacib olduğunu göstərib.

Tom Barrak qeyd edib ki, Vaşinqton gələcəkdə bu cür insidentlərin qarşısını almaq üçün Türkiyə, İsrail və Suriya arasında kommunikasiya mexanizminin yaradılmasını prioritet hesab edir.

Onun sözlərinə görə, İsrailin Suriyadakı hərbi obyektlərə zərbələri Ankaranın bölgədə hərbi mövcudluğunu artıracağı ilə bağlı narahatlıqlarla da əlaqəlidir.

ABŞ rəsmisi hesab edir ki, tərəflər arasında birbaşa və operativ əlaqənin qurulması yanlış anlaşılmaların və gözlənilməz hərbi eskalasiyanın qarşısını almağa kömək edə bilər.

Suriya dövlət televiziyasının məlumatına görə, İsrail qüvvələri “Əbu Zuhur” hərbi hava bazasının uçuş-enmə zolağına və anbarlarına səkkiz hava zərbəsi endirib.

Rəsmi Ankara isə İsrailin bu addımını “ehtiyatsız hərəkət” kimi qiymətləndirib. Türkiyə tərəfi hücumu sərt şəkildə pisləyərək beynəlxalq ictimaiyyəti bölgədə gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.

Hadisə fonunda Vaşinqtonun təşəbbüsü ilə yaradılması nəzərdə tutulan üçtərəfli mexanizmin bölgədə mümkün Türkiyə-İsrail qarşıdurmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…