Əsas məzmuna keç

İsrail aviasiyası Livanda 38 yaşayış məntəqəsinə zərbə endirib

İsrail aviasiyası Livanda 38 yaşayış məntəqəsinə zərbə endirib

İsrailin döyüş təyyarələri Livanın cənub və şərq bölgələrində onlarla yaşayış məntəqəsini hədəfə alıb, ölü sayı artmaqda davam edir.

en ru

İsrail hərbi aviasiyası Livanın cənub və şərq hissələrində ümumilikdə 38 yaşayış məntəqəsinə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyinə Livanın hərbi-sahə mənbəsi məlumat verib.

Mənbənin sözlərinə görə, zərbələrin 36-sı ölkənin cənubuna, 2-si isə şərq bölgələrinə endirilib.

Bundan əlavə, 14 məntəqə artilleriya atəşinə məruz qalıb.

Sərhəddə Xiyam şəhərində isə İsrail hərbçiləri bir neçə yaşayış binasını minalayaraq partladıblar.

Səhiyyə Nazirliyinin hesabatına əsasən, martın 2-dən bəri davam edən hücumlar nəticəsində həlak olanların sayı 2879 nəfərə çatıb, 8730 vətəndaş isə yaralanıb. Hazırda Livan və İsrail arasında rəsmi atəşkəs rejimi qüvvədə olsa da, qarşılıqlı zərbələr gündəlik olaraq davam edir. "" hərəkatı sərhəd zonasında İsrail hərbçilərinə hücumlarla cavab verir, "IDF" (İsrail Müdafiə Qüvvələri) isə qarşı tərəfi atəşkəsi pozmaqda müntəzəm olaraq günahlandırır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…