Əsas məzmuna keç

İsrail İrana qarşı əməliyyata başladı

İsrail İrana qarşı əməliyyata başladı

Yaxın Şərqdə gərginlik pik həddə: Təl-Əviv Tehranın hərbi obyektlərinə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Regionda baş verən son proseslərin təfərrüatı.

en ru

İsrail öz ərazilərinin raket atəşinə tutulacağı halda İrana cavab vermək niyyətindədir.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu İsrailin Baş nazirinin müşaviri Dmitri Gendelman hesabında bəyan edib.

O, həmçinin qeyd edib ki, "Hizbullah" qruplaşmasının gərginliyi davam etdirəcəyi təqdirdə İsrail Livana da endirəcək.

"İran tərəfindən hər hansı bir atəşə güclü cavab veriləcək. Livandan açılan hər hansı atəş Dahiyəyə zərbə ilə nəticələnəcək", - o yazıb.

Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran bunu İsrail Müdafiə Ordusunun (IDF) "Hizbullah"a qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq IDF İranın mərkəzi və qərb rayonlarındakı hərbi obyektlərə zərbə endirib.

Prezidenti İranı və İsraili təmkinli olmağa çağırsa da, bu, heç bir nəticə verməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…