Operativ Məlumat Mərkəzi

İspaniyada qatar qəzasında ölənlərin sayı 40-a yüksəldi

2 dəq
Paylaş:
İspaniyada qatar qəzasında ölənlərin sayı 40-a yüksəldi
İspaniyanın Əndəlüs bölgəsində baş verən ağır qatar qəzası nəticəsində ölənlərin sayı artıb, ölkədə üçgünlük milli matəm elan edilib.

İspaniyada baş verən ağır qatar qəzasında insan itkisi artmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" ölkənin Fövqəladə Hallar Mərkəzinə istinadən xəbər verir ki, Adamuz qəsəbəsində baş verən qəza nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Hazırda xəstəxanalarda 41 yaralının müalicəsi davam edir ki, onlardan 12-nin vəziyyəti ağır olaraq qiymətləndirilir və reanimasiya şöbəsindədirlər.

Ümumilikdə 122 nəfərə ilkin tibbi yardım göstərilib, yaralılar arasında 5 uşaq da var.

Qurbanların kimliyinin müəyyənləşdirilməsi prosesinə Jandarma Kriminologiya Departamentinin mütəxəssisləri cəlb olunub.

Faciə ilə əlaqədar bütün proqramlarını ləğv edərək hadisə yerinə yollanıb. O, ölkədə 3 günlük milli elan edildiyini bildirib:

"Bu, böyük bir kədər günüdür. Dövlət koordinasiyalı və sadiq şəkildə hərəkət edir. Biz bu qəzanın necə baş verdiyini araşdıracağıq. Zaman və mütəxəssislərin işi bizə cavab verəcək. Həqiqəti üzə çıxaracağıq və tam şəffaflığı ilə ictimaiyyəti məlumatlandıracağıq", - deyə Sançes vurğulayıb.

naziri Oskar Puente hadisəni "olduqca qəribə" adlandırıb. O qeyd edib ki, qatar yeni olub, relslər isə bu yaxınlarda yenilənib və qəza düz xətt üzərində baş verib. İlkin ehtimallara görə, qəzaya relslərdəki texniki nasazlıq səbəb ola bilər.

Məlumata görə, Malaqa-Madrid reysi ilə hərəkət edən 317 sərnişinli sürət qatarının son üç vaqonu relsdən çıxdıqdan cəmi 20 saniyə sonra, qarşı tərəfdən gələn və 100 sərnişin daşıyan digər qatar vaqonlara çırpılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax