Əsas məzmuna keç

Danimarkada qatar qəzası: Yaralananlar var

Danimarkada qatar qəzası: Yaralananlar var

Danimarkada iki yerli qatarın toqquşması nəticəsində bir neçə sərnişin xəsarət alıb.

en ru

Danimarkada iki qatarın toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidmətləri "Reuters" agentliyinə məlumat verib.

Hadisə Kopenhagenin şimalında yerləşən Hillerod yaxınlığında qeydə alınıb.

Böyük yanğından mühafizə idarəsinin sözçüsü hadisə ilə bağlı aşağıdakıları bildirib:

"İki yerli qatar baş-başa toqquşub və sərnişinlər arasında yaralılar var." Bütün insanlar qatarlardan təxliyə edilib, heç kim içəridə sıxışıb qalmayıb".

Rəsmi nümayəndə əlavə edib ki, əraziyə çox sayda xilasetmə qüvvələri və texnika cəlb olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…