Əsas məzmuna keç

Fransada dəhşətli qatar qəzası: Maşinist öldü, 16 yaralı var

Fransada dəhşətli qatar qəzası: Maşinist öldü, 16 yaralı var

Fransanın şimalında yüksəksürətli qatarın hərbi yük maşını ilə toqquşması nəticəsində maşinist həlak olub, onlarla sərnişin yaralanıb.

en ru

Fransanın şimalında çərşənbə axşamı səhər saatlarında yüksəksürətli qatarın hərbi avadanlıq daşıyan yük maşını ilə toqquşması nəticəsində qatarın maşinisti həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 16 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti kritikdir.

Qəza baş verən an qatarda 200-dən çox sərnişinin olduğu bildirilir.

Dövlətə məxsus "SNCF" dəmir yolu şirkətinin açıqlamasında qeyd olunur ki, qəza yerli vaxtla saat 07:00 radələrində Bully-les-Mines qəsəbəsi yaxınlığında baş verib.

Fransanın naziri Filip Tabaro "X" sosial şəbəkəsindəki paylaşımında qəzanın Pas-de-Kale regionunda, Lans şəhəri ilə Betün qəsəbəsi arasında baş verdiyini təsdiqləyib.

Nazir hadisə yerinə yola düşdüyünü və "SNCF" rəhbərliyi ilə əlaqə saxladığını vurğulayıb.

Regional dəmir yolu operatoru "TER" isə Betün-Lans xətti üzrə hərəkətin günün sonuna qədər dayandırıldığını elan edib. Həmkarlar ittifaqının rəsmisi sərnişinlərin xəsarətlərinin həyati təhlükə daşımadığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…