Əsas məzmuna keç

İşəgötürənlər və sahibkarlar haqqında yeni qanun layihəsi hazırlanır

İşəgötürənlər və sahibkarlar haqqında yeni qanun layihəsi hazırlanır

Milli Məclisdə müzakirəyə çıxarılacaq dəyişikliklər biznes mühitini necə dəyişəcək? İşəgötürən və sahibkar üçün nəzərdə tutulan yeniliklər barədə detallar.

en ru

"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı məsələ İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, sahibkarlar birliklərinin fəaliyyətinin tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təkliflər hazırlanması nəzərdə tutulur.

Müvafiq təkliflər əsasında qanun layihəsinin hazırlanması, razılaşdırılması və aidiyyəti üzrə təqdim edilməsi reallaşdırılacaq.

Qanun layihəsinin icra müddəti 2026-2030-cu illər müəyyən edilib. Sənədi hazırlamaq üçün əsas icraçı qurum İqtisadiyyat Nazirliyi müəyyənləşib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…