İran qərbində "MQ-9" tipli pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin qərbində yerləşən Kirmanşah əyalətinin İslamabad-e Qərb şəhəri üzərində uçuş həyata keçirən "MQ-9" tipli pilotsuz uçuş aparatının hədəf alınaraq məhv edildiyini bildirib.
Qeyd olunub ki, hadisə yerli vaxtla bölgənin hava məkanında qeydə alınıb. PUA-nın mənsubiyyəti və hansı məqsədlə uçuş həyata keçirdiyi barədə hələlik ətraflı məlumat verilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.