Əsas məzmuna keç

İraq hava bazalarına hücumlarla bağlı xəbərdarlıq etdi

İraq hava bazalarına hücumlarla bağlı xəbərdarlıq etdi

İraq rəsmiləri ölkənin suverenliyinə qarşı yönələn raket və PUA hücumlarına cavab veriləcəyini bəyan ediblər.

en ru

İraq son günlər ölkə ərazisindəki hərbi hava bazalarına qarşı həyata keçirilən hücumlarla bağlı kəskin bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin "X" platformasındakı rəsmi hesabında paylaşılan məlumatda, " Ala" və "Şəhid Əli Fıleyyih" hava bazalarına edilən və (pilotsuz uçuş aparatı) hücumlarına sərt reaksiya verilib.

Açıqlamada sözügedən hərbi obyektlərin tamamilə İraqın suverenliyi altında olduğu və orada hər hansı xarici qüvvənin yerləşmədiyi xüsusi vurğulanıb.

Bildirilib ki, bazalarda yalnız İraq Hərbi Hava Qüvvələrinə tabe olan zabit və şəxsi heyət xidmət edir. Həmin ərazilərdə İraqın hərbi təyyarə parkı yerləşir. Hücumların təkrarlanacağı təqdirdə İraq tərəfi buna seyirci qalmayacaq.

Müdafiə Nazirliyi İraqın öz ərazisini və hərbi resurslarını qorumaq üçün bütün hüquqlarından istifadə edəcəyini diqqətə çatdırıb.

Digər tərəfdən, regionda gərginliyin artdığı bir vaxtda "Hizbullah"ın Livanın cənubundan İsrailin hərbi hədəflərinə qarşı 6 fərqli hücum təşkil etdiyi barədə məlumatlar yayılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…