Əsas məzmuna keç

İranla müharibəyə son qoymaq üçün danışıqlara başlaya bilər

İranla müharibəyə son qoymaq üçün danışıqlara başlaya bilər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens münaqişəyə son qoymaq məqsədilə İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi ilə üzbəüz danışıqlar aparmaq imkanını...

en ru

ABŞ-nin vitse-prezidenti Cey Di Vens münaqişəyə son qoymaq məqsədilə İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi ilə üzbəüz danışıqlar aparmaq imkanını nəzərdən keçirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı “The Journal” qəzeti məlumat yayıb.

Bildirilib ki, Vens ABŞ-nin İranla müharibəsinin dayandırılması üçün danışıqlar prosesinin bərpasında iştirak edə bilər.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti son günlər ətrafındakılara danışıqlar prosesinin yenidən başlanmasını Vensə həvalə etməyə hazır olduğunu bildirib və ona müvafiq səlahiyyətlər verib. Bununla belə, mümkün görüşlə bağlı müzakirələr hələ ilkin mərhələdədir.

Qeyd olunub ki, Vens İranla münaqişənin Partiyası üçün siyasi maneəyə çevrildiyini düşünür.

Vitse-prezident daha əvvəl İranla müharibənin noyabr ayında keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin əsas səbəblərindən biri olduğunu açıq şəkildə bildirmişdi. Həmin seçkilərin nəticəsində partiya Konqresin hər iki palatasına nəzarəti itirib.

Vens vurğulayıb ki, seçicilər müharibənin dayandırılmasını, qiymət artımının qarşısının alınmasını və ABŞ-nin daxili maraqlarına üstünlük verilməsini tələb edərək respublikaçılara qarşı səs veriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…