Əsas məzmuna keç

İrandan Trampa sərt cavab: “Yanlışlığını düzəldəcəyik”

İrandan Trampa sərt cavab: “Yanlışlığını düzəldəcəyik”

Fars körfəzində gərginlik artır: Kazım Qaribabadi ABŞ liderinin “Truth Social” platformasındakı təxribatçı xəritə paylaşımına kəskin reaksiya verdi.

en ru

İran nazirinin müavini Qaribabadi ABŞ Prezidenti Trampın boğazı ilə bağlı paylaşımına sərt cavab verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qəribabadi Trampın Hörmüz boğazını ABŞ-yə məxsus ərazi kimi təqdim edən paylaşımına belə münasibət bildirib:

“Tramp Fars körfəzinin adını düzgün yazdığı kimi, tezliklə onun Hörmüz boğazı ilə bağlı yanlış təsəvvürü ya düzəldiləcək, ya da biz bu yanılan insanın yanlışlıqlarını düzəldəcəyik”.

Qeyd edək ki, Donald Tramp daha əvvəl “ Social” hesabında Hörmüz boğazının xəritəsini paylaşaraq üzərinə “ABŞ-nin yeni ərazisi” ifadəsini yazıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…