Əsas məzmuna keç

Hörmüz Boğazı ilə bağlı Oman görüşü təxirə salındı

Hörmüz Boğazı ilə bağlı Oman görüşü təxirə salındı

Körfəz ölkələri və İranın xarici işlər nazirlərinin Hürmüz Boğazı üzrə müzakirələr aparmaq üçün Omanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

ru en

və İranın nazirlərinin Hörmüz Boğazı ilə bağlı qaydaları müzakirə etmək üçün bazar ertəsi Omanda keçirilməsi gözlənilən toplantısı baş tutmayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici mətbuat mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Omanın xarici işlər naziri Bədr əl-Busəidi hesabında görüşün “razılaşma naminə” təxirə salındığını açıqlayıb.

O, bölgədə sabitliyi və davamlı əməkdaşlığı dəstəkləyən dialoqu inkişaf etdirmək əzminin davam etdiyini bildirib. İran Xarici İşlər Nazirliyinin Fars körfəzi məsələləri üzrə idarəsinin baş direktoru Məhəmməd Əli Bək də bəzi region ölkələrinin tələbi, həmçinin Oman və İranın birgə qərarı əsasında Fars körfəzinə sahili olan ölkələrin xarici işlər nazirlərinin bazar ertəsi keçirilməsi toplantısının başqa tarixə keçirildiyini təsdiqləyib. Bək İranın Omanla təmasları davam etdirəcəyini və görüş üçün yeni tarix müəyyənləşdirilməsi məqsədilə lazımi addımların atılacağını qeyd edib.

Bildirilib ki, İran Prezidenti daha əvvəl Dehlidə keçirilən BRICS sammiti çərçivəsində “India Today”ə müsahibəsində ərəb ölkələrinin xarici işlər nazirlərinin Omanda bir araya gələrək Hürmüz Boğazından keçid marşrutu ilə bağlı razılığa gələcəyini demişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…