Əsas məzmuna keç

İran XİN Oman dənizində ABŞ-nin hücumunu sərt pisləyib

İran XİN Oman dənizində ABŞ-nin hücumunu sərt pisləyib

İran Xarici İşlər Nazirliyi ticarət gəmisinə edilən hücumu və heyət üzvlərinin girov götürülməsini qınayıb.

en ru

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi dənizində, ölkənin ərazi sularının yaxınlığında tərəfindən İranın "Touska" gəmisinə edilən hücumu qeyri-qanuni və cinayətkar əməl adlandıraraq sərt şəkildə pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, bu pirat hücumu beynəlxalq hüquq normalarını, Nizamnaməsini və son atəşkəs razılaşmasını kobud şəkildə pozur.

Qeyd olunub ki, hadisə zamanı gəmi heyəti və onların ailə üzvləri qorxudularaq götürülüb.

İran XİN-in bəyanatında deyilir:

“BMT, Təhlükəsizlik Şurası və Beynəlxalq Dəniz Təşkilatı bu hücumu dərhal qınamalıdır. Gəminin və göyərtədəki hər kəsin azad edilməsi üçün təcili tədbirlər görülməlidir”.

Bəyanatın sonunda vurğulanıb ki, bu təhlükəli eskalasiyanın nəticələrinə görə tam məsuliyyəti ABŞ daşıyır və İran öz suverenliyini müdafiə etmək, vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…