Əsas məzmuna keç

Abbas Əraqçi: Hörmüz boğazı ticarət gəmiləri üçün açıqdır

Abbas Əraqçi: Hörmüz boğazı ticarət gəmiləri üçün açıqdır

İran XİN rəhbəri Abbas Əraqçi Yeni Dehlidə BRICS toplantısında ABŞ-ni ittiham etdi. Strateji enerji marşrutunda ticarət gəmiləri üçün Tehranın əsas şərti nədir?

en ru

İranın naziri Abbas Əraqçi boğazının İranla əməkdaşlıq edən gəmiləri üçün açıq qaldığını bildirib və bölgədəki nasazlıqlara görə ABŞ-ni ittiham edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Abbas Əraqçi bu barədə BRICS xarici işlər nazirlərinin Yeni Dehlidə keçirilən görüşü çərçivəsində dövlət mediasına açıqlamasında danışıb.

Nazir bildirib ki, Tehran gəmiçilik fəaliyyətinə mane olmur və Vaşinqtonun İrana qarşı tətbiq etdiyi blokada qanunsuz xarakter daşıyır.

“Bizim üçün Hörmüz bütün ticarət gəmiləri üçün açıqdır, lakin onlar bizim dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər”, - deyə Abbas Əraqçi vurğulayıb.

Qeyd edək ki, Hörmüz boğazı dünya daşımalarının əsas marşrutlarından biri hesab olunur və bölgədə baş verən gərginlik beynəlxalq ticarətə təsir göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…