Əsas məzmuna keç

TƏCİLİ: İran Hörmüz boğazında hərəkəti bağlaya bilər - Mina təhlükəsi

TƏCİLİ: İran Hörmüz boğazında hərəkəti bağlaya bilər - Mina təhlükəsi

XİN rəsmisi Səid Xətibzadə Antalya Forumunda ticarət gəmilərinin keçidi və blokada iddialarına aydınlıq gətirdi. Hərbi nəzarət altındakı su yolunda son vəziyyət.

en ru

gəmilərinin keçidi üçün açıqdır, lakin minalar səbəbindən texniki məhdudiyyətlər ola bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İran nazirinin müavini Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində NTV telekanalına müsahibəsində bəyan edib.

"Bu məsələdə bizim üçün heç bir qeyri-müəyyənlik yoxdur. Qarşı tərəf adından danışa bilmərəm, onların siyasəti hamını çaşdırmağa hesablanmış ola bilər. Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır. Əlbəttə, söhbət atəşkəsdən sonrakı dövrdən gedir. Minalar və təhlükəsizlik məsələləri səbəbindən bir sıra texniki məhdudiyyətlər ola bilər", - o bildirib.

Xətibzadə qeyd edib ki, Hörmüz boğazı blokadada deyil.

Daha əvvəl İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığıın mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari İran Silahlı Qüvvələrinin Hörmüz boğazı üzərində hərbi nəzarəti bərpa etdiyini bəyan etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…