Əsas məzmuna keç

"İrana qarşı hərbi əməliyyatlar bitənə qədər Hörmüz boğazı bağlı qalacaq"

"İrana qarşı hərbi əməliyyatlar bitənə qədər Hörmüz boğazı bağlı qalacaq"

XİN rəsmisi Kazem Qəribabadi strateji su yolunda ticarət və hərbi gəmilərin keçidinə qadağa qoyulduğunu bildirdi. Tehranın bu qərarı regionda gərginliyi pikə çatdırır.

en ru

"İran müharibə zamanı boğazına nəzarət edəcək".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran nazirinin müavini Qəribabadi deyib.

O bildirib ki, İran düşmən dövlətlərin və ya hərbi gəmilərinin oradan keçməsinə icazə vermək niyyətində deyil.

"Hazırda müharibə vəziyyətindəyik. Bu vəziyyət boğaza nəzarət etmək üçün xüsusi tədbirlər tələb edir. Bu isə artıq qüvvədədir. Bizə qarşı hərəkət edən ölkələrdən ticarət və ya hərbi gəmilərin keçməsinə icazə verməyəcəyik", - nazir müavini qeyd edib.

Qəribabadi boğazın açılması ehtimalından danışarkən əlavə edib ki, İrana qarşı hərbi əməliyyatlar bitənə qədər boğaz bağlı qalacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…