Əsas məzmuna keç

İran XİN: Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur

İran XİN: Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur

bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb."Müharibə, blokada, sanksiyalar və güc təhdidlərində birbaşa...

en ru

təhqir, hədə-qorxu və qəsb üzərində qurulmur.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bunu İran nazirinin müavini Kazım Qəribabadi "X" hesabında yazıb.

"Müharibə, blokada, sanksiyalar və güc təhdidlərində birbaşa iştirak edən tərəf İranın cavabını rədd edir", - o bildirib və əlavə edib ki, əsas problem sülh yox, təhdid və təzyiq vasitəsilə siyasi iradənin qəbul etdirilməsidir.

"İran aydın prinsipləri vurğulayır: müharibənin daimi dayandırılması və onun təkrarının qarşısının alınması, dəymiş zərərin kompensasiyası, blokadanın aradan qaldırılması, qanunsuz sanksiyaların ləğvi və İranın hüquqlarına hörmət. Bunlar maksimalist tələblər deyil. Bu, qeyri-qanuni güc tətbiqi ilə başlamış böhrana son qoymaq üçün hər hansı ciddi, davamlı və Nizamnaməsinə uyğun sazişin minimumudur", - o qeyd edib.

İran xarici işlər nazirinin müavini əlavə edib ki, atəşkəsdən danışıb blokadanı davam etdirmək olmaz.

"Bu, diplomatik ritorika pərdəsi altında məcburetmə siyasətinin davamıdır", - Qəribabadi vurğulayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…