Əsas məzmuna keç

Hakan Fidan: Türkiyə Rusiya-Ukrayna sülh danışıqlarının bərpasını dəstəkləyəcək

Hakan Fidan: Türkiyə Rusiya-Ukrayna sülh danışıqlarının bərpasını dəstəkləyəcək

Hakan Fidan Ukraynanın ərazi bütövlüyünə dəstəyi bir daha vurğulayaraq, sülh danışıqlarında vasitəçiliyə hazır olduqlarını bildirib.

en ru

və arasında sülh danışıqlarının bərpasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə hazır olduğunu açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Türkiyənin naziri Kiyevə səfərindən sonra “X” sosial şəbəkəsində paylaşım edib.

Fidan bildirib ki, Ankara Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirir. O qeyd edib ki, Türkiyə tərəfləri yenidən danışıqlar masasına qaytaracaq və davamlı sülhün əldə olunmasına töhfə verəcək addımları dəstəkləyir.

Nazir Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşünü məhsuldar adlandırıb və iki ölkə arasındakı strateji tərəfdaşlığın gücləndiyini vurğulayıb.

Hakan Fidanın sözlərinə görə, Qara dənizdə təhlükəsizliyin təmin olunması və münaqişənin bu istiqamətdə genişlənməsinin qarşısının alınması üçün Ukraynaya hərbi-dəniz təhlükəsizliyi zəmanətlərinin verilməsi mühüm əhəmiyyət daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…