Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya XİN: Kiyevin Qərb kuratorları münaqişəni dondurmağa çalışır

2 dəq
Paylaş:
Rusiya XİN: Kiyevin Qərb kuratorları münaqişəni dondurmağa çalışır

ilə mümkün sülh danışıqları ilə bağlı növbəti dəfə mövqeyini açıqlayıb. Moskva hesab edir ki, münaqişənin dayandırılması ilə bağlı Qərbin əsas məqsədi Ukrayna ordusuna yenidən güclənmək üçün vaxt qazandırmaqdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiyanın nazirinin müavini “RİA Novosti” agentliyinə müsahibəsində bildirib ki, Kiyevin Qərbdəki kuratorlarının əsas hədəfi hərbi əməliyyatları dondurmaq və bununla da Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması və qüvvələrin qruplaşdırılması üçün şərait yaratmaqdır.

Məlumata görə, Qaluzin rəsmi Kiyevin hazırda müstəqil siyasət yürütmədiyini və yalnız Qərb tərəfdaşlarının göstərişlərinə uyğun hərəkət etdiyini iddia edib. Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin səsləndirdiyi bəyanatlar da həmin mövqenin əksidir.

Bildirilir ki, Rusiya tərəfi regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunması üçün münaqişənin kök səbəblərinin aradan qaldırılmasını əsas şərt hesab edir.

Qaluzin qeyd edib ki, Moskva Ukrayna ilə danışıqları əvvəl dayandırıldığı nöqtədən bərpa etməyə hazırdır. Onun sözlərinə görə, bunun üçün həm Kiyevin, həm də Ukraynanın Qərbdəki tərəfdaşlarının siyasi iradə nümayiş etdirməsi zəruridir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax