Əsas məzmuna keç

İran və Oman Hörmüz boğazında təhlükəsiz marşrutları razılaşdırıb

İran və Oman Hörmüz boğazında təhlükəsiz marşrutları razılaşdırıb

İki ölkə boğazdan keçid üçün təhlükəsiz marşrutların coğrafi koordinatlarını müəyyənləşdirib. Razılaşmanın müvafiq beynəlxalq quruma təqdim ediləcəyi bildirilir.

en ru

İran və Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə xüsusi dəniz marşrutlarının coğrafi koordinatları üzrə razılıq əldə ediblər. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi “Press TV” telekanalına açıqlamasında bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bəqayinin sözlərinə görə, Masqat və Tehran tərəfindən birgə müəyyənləşdirilən yeni naviqasiya koordinatları yaxın vaxtlarda aidiyyəti beynəlxalq dənizçilik qurumlarına təqdim olunacaq.

Xatırladaq ki, bir qədər əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəqdi Tehranın Hörmüz boğazında qanunsuz gəmiçilik marşrutlarının fəaliyyətini tamamilə dayandırmaq niyyətində olduğunu bəyan etmişdi.

Fevralın 28-dən etibarən və İsrailin İrandakı obyektlərə endirdiyi zərbələr və adekvat cavab tədbirləri fonunda Hörmüz boğazında kommersiya gəmiçiliyi demək olar ki, iflic vəziyyətinə düşüb. İyun ayında hərbi əməliyyatların dayandırılmasına dair memorandum imzalansa da, qarşılıqlı zərbələrin bərpası regionda gərginliyi saxlayır. Qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşınmasının əsas tranzit qapısı sayılan boğazdakı böhran dünya bazarlarında yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…