Əsas məzmuna keç

İran və ABŞ-dən gözlənilməz razılaşma: Sanksiyalar ləğv edilir

İran və ABŞ-dən gözlənilməz razılaşma: Sanksiyalar ləğv edilir

Vaşinqton və Tehran arasında sanksiyaların ləğvi, neft ixracı və Hörmüz boğazı ilə bağlı gözlənilən razılaşmanın detalları məlum olub. Görəsən bu addım nə vəd edir?

ru en

İran və ABŞ arasında hazırlanmış anlaşma memorandumunun layihəsinə əsasən, yekun danışıqlar əsasən nüvə və iqtisadi məsələlərə fokuslanacaq və İranın raket proqramı müzakirə mövzusu olmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, sənəd layihəsində ABŞ-nin İrana qarşı sanksiyaları etməsi, İran ətrafında qüvvələrini geri çəkməsi və dəniz blokadasını aradan qaldırması kimi öhdəliklər yer alır.

Bildirilib ki, razılaşma layihəsinə həmçinin boğazının açılması, ixracına qoyulan məhdudiyyətlərin və İranın dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılması ilə bağlı müddəalar daxildir.

Qeyd olunub ki, sənəd İran iqtisadiyyatının bərpası və maliyyə axınının normallaşdırılmasını da nəzərdə tutur.

Məlumata görə, layihənin qüvvəyə minməsi üçün müvafiq dövlət qurumları tərəfindən yekun təsdiq verilməlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…