Əsas məzmuna keç

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib

bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mətbuat katibi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində...

İran Silahlarının Yayılmaması haqqında Müqavilədən və sanksiya təzyiqi artdığı təqdirdə 60 %-dən yuxarı zənginləşdirməyə başlaya bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mətbuat katibi İbrahim “Tasnim” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran hələ bütün potensialından istifadə etmir və lazım gələrsə, digər strateji variantlara müraciət edə bilər.

İ.Rezai qeyd edib ki, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq haqqında əlavə protokolun icrasını könüllü olaraq dayandırıb:

“Lakin ölkə hələ də Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə üzvlüyünü saxlayır, ancaq davam edən xarici İranın siyasətində dəyişikliyə səbəb ola bilər. Təzyiq İranı müqavilədən çıxmağı, uranı 60 %-dən yuxarı zənginləşdirməyi, nüvə əməkdaşlığının genişləndirilməsini nəzərdən keçirməyə məcbur edəcək”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…