İran Xarici İşlər Nazirliyi nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı mövqeyini sərtləşdirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İsmayıl Bəqayi bildirib ki, “torpağımız uranımız qədər müqəddəsdir” və İran zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılmasını və ya azaldılmasını qəbul etmir.
Sözçünün sözlərinə görə, İranın mövqeyi nüvə nailiyyətlərinin tam şəkildə ölkə daxilində saxlanılmasına əsaslanır. O vurğulayıb ki, uranın ABŞ və ya hər hansı başqa ölkəyə verilməsi heç bir danışıqlar mərhələsində müzakirə olunmayıb.
Bəqayi həmçinin uranın durulaşdırılması ilə bağlı təklifləri də rədd edib və İranın nüvə proqramını daxili elmi inkişafın nəticəsi kimi təqdim edib.
Onun sözlərinə görə, İranın nüvə bilikləri uzun illər davam edən elmi səylərin məhsuludur və bu potensialdan imtina olunmayacaq.
Sözçü əlavə edib ki, İran öz nüvə imkanlarını qorumağa və inkişaf etdirməyə davam edəcək.