Əsas məzmuna keç

İran uranı 90 faiz zənginləşdirə bilər

İran uranı 90 faiz zənginləşdirə bilər

Tehran rəsmisi İbrahim Rezai hücum ehtimalına qarşı nüvə fəaliyyətində kəskin addım atılacağını bildirdi. Parlamentdəki bu xəbərdarlıq bölgədə gərginliyi artırır.

en ru

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü İbrahim ölkəyə qarşı yeni hücum olacağı təqdirdə Tehranın 90 faizə qədər zənginləşdirə biləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iranlı deputat bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“Başqa bir hücum halında İranın seçimlərindən biri uranın 90 faiz zənginləşdirilməsi ola bilər. Biz bunu parlamentdə nəzərdən keçirəcəyik”, - deyə Rezai qeyd edib.

İran rəsmisinin açıqlaması bölgədə gərginliyin artdığı və ətrafında təhlükəsizlik narahatlıqlarının davam etdiyi bir vaxtda səsləndirilib.

Qərb ölkələri uzun müddətdir ki, İranın proqramının mümkün hərbi məqsədlərlə istifadə oluna biləcəyindən narahatlıq ifadə edir. Tehran isə nüvə fəaliyyətinin yalnız dinc məqsədlər daşıdığını bildirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…