Əsas məzmuna keç

İran ABŞ ilə nüvə danışıqlarına başladığını elan etdi

İran ABŞ ilə nüvə danışıqlarına başladığını elan etdi

Tehran Vaşinqtonla nüvə müzakirələrini bərpa etdiyini, lakin prosesin uğurunun ABŞ-ın sadiqliyindən asılı olduğunu bəyan edib.

en ru

İranın naziri Abbas Araqçı Tehranın Vaşinqtonla danışıqlarını ciddiyətlə və ayıq-sayıq şəkildə bərpa etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, nazir vurğulayıb ki, bu prosesdə real irəliləyiş əldə olunması ABŞ-nin nümayiş etdirəcəyi səmimi yanaşmadan asılıdır.

Məsələ ilə bağlı İranın yüksək rütbəli rəsmiləri İsrailin prosesə müdaxilə cəhdləri barədə xəbərdarlıq ediblər.

İran ordusunun baş komandanı general-mayor Mousavi isə ölkənin hərbi hazırlığının ən yüksək səviyyədə olduğunu bəyan edib. O bildirib ki, düşmən tərəf hər hansı bir strateji səhvə yol verərsə, tərəfindən indiyədək təcrübə etmədikləri dərəcədə sərt cavab alacaqlar.

Qeyd edək ki, İran və arasındakı dolayı danışıqlar keçən həftə cümə günü Omanın vasitəçiliyi ilə Maskatda bərpa olunub. Rəsmi Tehran bu prosesdə keçmiş təcrübələri nəzərə alaraq qarşı tərəfə tam etibar etmədiklərini və silahlı qüvvələrin dəstəyi ilə bu yolu davam etdirəcəklərini vurğulayıb. həmçinin "X" sosial şəbəkəsindəki paylaşımında amerikalı siyasətçiləri Netanyahunun manipulyasiyalarına qarşı ayıq olmağa səsləyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…