Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran və Oman Hörmüz boğazının idarə olunması üçün birgə komitə yaradıb

3 dəq
Paylaş:
İran və Oman Hörmüz boğazının idarə olunması üçün birgə komitə yaradıb

İran və Oman boğazının gələcək idarəetməsi ilə bağlı məsələləri müzakirə etmək məqsədilə ilk dəfə komitənin iclasını keçiriblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın hüquqi və məsələlər üzrə nazirinin müavini Kazem Qəribabadi məlumat verib. O, "X" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Maskatda Omanın xüsusi səfiri Əbdüləziz Əl-Hənai ilə birlikdə Hörmüz Komitəsinin ilk iclası baş tutub.

Məlumata görə, tərəflər Hörmüz boğazında mövcud vəziyyəti müzakirə edərək, "İslamabad Anlaşma Memorandumu"nun 5-ci maddəsi və sahilyanı dövlətlərin suveren hüquqları çərçivəsində boğazın gələcək idarəetməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bildirilib ki, memorandumun 5(a) bəndinə əsasən, İran Fars körfəzi ilə Oman dənizi arasında ticarət gəmilərinin təhlükəsiz keçidini 60 gün müddətində heç bir rüsum tələb etmədən təmin etməyi öhdəsinə götürür. Sənəddə, həmçinin İran və Oman arasında beynəlxalq hüquqa uyğun şəkildə boğazın gələcək inzibati və dəniz xidmətlərinin müəyyənləşdirilməsi üçün dialoqun davam etdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, İran rəsmiləri ABŞ ilə son gərginlik fonunda Hörmüz boğazında məsələlərinə də toxunublar. Kazem Qəribabadi bildirib ki, İranın iştirakı olmadan əldə ediləcək heç bir razılaşma boğazda təhlükəsiz gəmiçiliyi təmin edə bilməz.

İranın xarici işlər naziri Abbas Araqçı isə bəyan edib ki, atəşkəs razılaşmasına əsasən, Hörmüz boğazının açılması ilə bağlı məsuliyyət İrana məxsusdur. O, kənar müdaxilələrin və alternativ razılaşmaların vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd olunub ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livan parlamentinin sədri Nəbih Berri ilə telefon danışığında regiondakı vəziyyəti müzakirə edib. Qalibaf İranın Livanda müharibənin dayandırılması, qaçqınların geri qayıtması və İsrail işğalının sona çatması istiqamətində səylərini davam etdirdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax