Əsas məzmuna keç

Ərdoğan Ukrayna münaqişəsinin həlli üçün çağırış edib

Ərdoğan Ukrayna münaqişəsinin həlli üçün çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə başa çatdırılmasının vacibliyini vurğulayıb.

en ru

Prezidenti Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində yaxın gələcəkdə konkret nəticələrin əldə olunmasının vacibliyini vurğulayıb. bu barədə çıxışı zamanı tərəfləri dialoqa dəvət edib.

“Xüsusilə vurğulamaq istəyirəm ki, qarşıdakı dövrdə Rusiya-Ukrayna müharibəsinin dialoq vasitəsilə tənzimlənməsində müsbət nəticələrə nail olmalıyıq”, - deyə bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ankara münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istiqamətində səylərini davam etdirir. Türkiyənin həm Rusiya, həm də ilə konstruktiv dialoq qura bilməsi və tərəflərin etimadını qazanması bu prosesdə əsas amillərdən biri kimi qiymətləndirilir.

Məlumata görə, Türkiyə tərəfi aprel ayında da münaqişənin danışıqlar yolu ilə həllinə dair təşəbbüslərini davam etdirdiyini açıqlamışdı. Bildirilib ki, Ankara liderlər səviyyəsində danışıqların bərpası üçün vasitəçilik səylərini gücləndirmək niyyətindədir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…