Əsas məzmuna keç

İran ABŞ qarşısında 5 əsas şərt qoydu: Siyahı açıqlandı

İran ABŞ qarşısında 5 əsas şərt qoydu: Siyahı açıqlandı

Kazım Qəribabadi sanksiyaların ləğvi, dondurulmuş vəsaitlər və Livan mövzusunda Tehranın tələblərini bəyan etdi. Uran və kompensasiya siyahısında nələr yer alıb?

en ru

İranın nazirinin müavini Qəribabadi ABŞ-yə təqdim edilən son təklifdə Tehranın əsas tələblərini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Qəribabadi çərşənbə axşamı parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvləri ilə görüşdə İranın ABŞ-dən sanksiyaların ləğvini, İran vəsaitlərinin sərbəst buraxılmasını və Vaşinqtonun tətbiq etdiyi dəniz blokadasına son qoyulmasını tələb etdiyini deyib.

Onun sözlərinə görə, təqdim olunan təklifdə Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması da əsas şərtlərdən biri kimi yer alıb.

Qəribabadi əlavə edib ki, İran tərəfi müharibə nəticəsində dəyən ziyana görə ABŞ-dən kompensasiya ödənilməsini, qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılmasını, həmçinin birtərəfli sanksiyalar və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvini tələb edir.

Nazir müavini bildirib ki, İranın danışıqlar qrupu ölkənin zənginləşdirmə hüququndan geri çəkilməyəcəyini də qarşı tərəfin diqqətinə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…