Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-nin 4 şərtini rədd etdi: Tehrandan hərbi təhdidlərə kəskin cavab

2 dəq
Paylaş:
İran ABŞ-nin 4 şərtini rədd etdi: Tehrandan hərbi təhdidlərə kəskin cavab

İran İslam İnqilabı Keşikçiləri Korpusunun () Siyasi məsələlər üzrə komandan müavininin vəkili , İran və ABŞ nümayəndə heyətləri arasında Omanda baş tutan dolayı danışıqların pərdəarxası məqamlarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İran KİV-nə istinadən xəbər verir ki, ABŞ tərəfi müzakirələr başlamazdan əvvəl rəsmi Tehrana 4 əsas şərt təqdim edib.

Onun sözlərinə görə, Vaşinqton bu şərtlərin qəbul edilməyəcəyi təqdirdə hücum təşkil edəcəyi ilə bağlı təhdidlər səsləndirib. Lakin İran rəsmisi ölkəsinin bu cür psixoloji müharibə və təzyiqlər qarşısında geri addım atmadığını vurğulayıb.

Məlumata görə, ABŞ aşağıdakı məsələləri müzakirə masasına yatırmaq istəyib:

  • proqramı;
  • Regional proksi qruplara göstərilən dəstək;
  • Zənginləşdirilmiş uran ehtiyatları;
  • Nüvə fəaliyyətlərinin məhdudlaşdırılması.

Əziz Qəzənfəri qeyd edib ki, İranın müdafiə potensialı və hərbi imkanları heç bir halda müzakirə mövzusu ola bilməz. O, danışıqların ABŞ-nin diktə etdiyi şərtlərlə deyil, İranın milli maraqları və tutumu əsasında formalaşdığını bildirib. Rəsmi Tehran həmçinin vurğulayıb ki, diplomatik görüşlərə rəğmən, ölkənin hərbi tədbirləri fasiləsiz davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax