Əsas məzmuna keç

İran ABŞ-ni Küveytdə "saxta bayraq" əməliyyatı keçirməkdə ittiham edib

İran ABŞ-ni Küveytdə "saxta bayraq" əməliyyatı keçirməkdə ittiham edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqaei ABŞ-ın Küveyt hava limanına qarşı təxribat törətdiyini iddia edib.

en ru

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqaei ABŞ-nin Küveytdə həyata keçirdiyi iddia olunan "saxta " (false-flag) əməliyyatı ilə bağlı sərt açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Tehranın mövqeyinə görə, tərəfi hava limanına zərbə endirmək üçün "Lucas" adlı dronun surətindən istifadə edib.

Rəsmi Tehranın iddiasına görə, bu təxribatın əsas məqsədi region ölkələrində təhlükəsizlik narahatlığı yaratmaq və bunun fonunda öz hərbi məhsullarını satmaqdır.

İsmayıl Baqaei bildirib ki, ABŞ bu insidenti "Powerus" şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə sistemlərini Küveytə bazarlamaq üçün bir bəhanə kimi istifadə edib.

Hələlik ABŞ tərəfi və ya Küveyt rəsmiləri bu ittihamlarla bağlı verməyib. Beynəlxalq müşahidəçilər isə bu cür iddiaların regiondakı gərginliyi daha da artıra biləcəyindən ehtiyat edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…