Əsas məzmuna keç

İran-ABŞ danışıqları: Hansı mühüm irəliləyişlər əldə olunub?

İran-ABŞ danışıqları: Hansı mühüm irəliləyişlər əldə olunub?

XİN rəhbəri Abbas Əraqçi Tehran və Vaşinqton arasındakı təmaslarda sanksiyaların ləğvi üzrə detalları açıqladı. Vyanadakı görüş nüvə sazişini bərpa edəcəkmi?

en ru

İran və ABŞ arasında dolayı danışıqların üçüncü raundu ən intensiv mərhələ olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İranın naziri Əraqçisosial şəbəkə hesabında bildirib:

“ və arasında keçirilən dolayı danışıqların üçüncü raundu indiyədək ən intensiv mərhələ kimi qiymətləndirilir və müzakirələr zamanı müəyyən əldə olunub”.

Bəyanatda deyilir: “ABŞ ilə diplomatik əlaqələrimizdə irəliləyiş əldə edilib. Danışıqların bu mərhələsi indiyə qədər ən intensiv mərhələ olub. Danışıqlar sanksiyaların ləğvi və nüvə proqramı ilə bağlı addımlar da daxil olmaqla, istənilən razılaşma üçün vacib olan məsələləri daha ətraflı müzakirə etməyə davam etmək barədə qarşılıqlı razılıqla başa çatıb”.

Nazir əlavə edib ki, siyasi proseslə paralel olaraq yaxın günlərdə Vyanada texniki qrup görüşləri keçiriləcək. Onun sözlərinə görə, bu qrupların missiyası siyasi qrupların fəaliyyəti qədər vacibdir.

Əraqçi həmçinin danışıqlarda vasitəçilik roluna görə Omana, eləcə də görüşlər üçün platforma təqdim etdiyinə görə İsveçrəyə təşəkkür edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…