Əsas məzmuna keç

İqtisadiyyat naziri: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

İqtisadiyyat naziri: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Mikayıl Cabbarov yerli istehsalın dərinləşdirilməsi və qeyri-neft sektorunun inkişafı üçün yeni strategiyanı açıqladı. Görəsən, bu addım ixracı necə dəyişəcək?

en ru

Azərbaycanın əsas yanaşması xammalı yalnız hasil etmək deyil, onu ölkə daxilində daha çox etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu naziri Mikayıl İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, proqramın icrası nəticəsində istehsal və ixrac imkanlarının genişləndirilməsi, idxalın əvəzlənməsi, yeni sənaye zəncirlərinin yaradılması və sektorun rəqabət qabiliyyətinin artırılması üçün ciddi imkanlar yaranacaq: "Bu Proqramın təsiri təkcə dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacaq. İstehsal çoxaldıqca yükdaşımalar və logistika xidmətlərinə tələb artacaq, podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaranacaq: "Yerli xammal və yarımfabrikat bazasının genişlənməsi yeni sənaye sahələrinin formalaşmasına şərait yaradacaq. İxtisaslı kadrlara tələbat artacaq. Bu da texniki bilik və bacarıqların inkişafını sürətləndirəcək, elmi potensialımıza töhfə verəcək. Ən əsası isə regionlarda məşğulluq və iqtisadi fəallıq artacaq. Yeni dəyər zəncirləri özəl investisiya və sahibkarlıq üçün də əlavə imkanlar yaradacaq".

M. Cabbarov qeyd edib ki, təqdim olunan Dövlət Proqramı Azərbaycanın mineral resurslarından daha səmərəli istifadə etmək, dağ-mədən, metal filizləri və metallurgiya sənayesini yeni mərhələyə çıxarmaq məqsədi daşıyır.

O vurğulayıb ki, İqtisadiyyat Nazirliyi Dövlət Proqramının uğurlu icrasını, habelə bu istiqamətdə verilən tapşırıqların vaxtında, əlaqələndirilmiş şəkildə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bütün resurslarını səfərbər edəcək, dağ-mədən və metallurgiya sənayesini ölkəmizin iqtisadi inkişafının etibarlı dayaqlarından birinə çevirmək istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…