Əsas məzmuna keç

Azərbaycanda yeni ilkin alüminium müəssisəsi yaradıla bilər

Azərbaycanda yeni ilkin alüminium müəssisəsi yaradıla bilər

İqtisadiyyat Nazirliyi və xarici investorlar arasında danışıqlar başlayıb. Metallurgiya sahəsində gözlənilən bu layihə ölkənin ixrac potensialını necə dəyişəcək?

en ru

hazırda illik təxminən 200 min ton gücündə yeni ilkin müəssisəsinin yaradılması imkanını araşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu naziri Mikayıl Cabbarov İlham Əliyev sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, Qarabağda və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də nəzərdə tutulur:

"Proqram yalnız 2030-cu ilədək olan dövrü əhatə etmir, sonrakı mərhələ üçün də böyük inkişaf imkanları müəyyənləşdirir. "Filizçay" polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanları o dövrə qədər qiymətləndiriləcək və yekunlaşdırılacaq. "Dəmirli" yatağında təxminən 470 min ton əlavə mis ehtiyatının istifadə potensialına baxılacaq. "Zəylik" alunit yataqlarının alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılması imkanına dair yekun rəy formalaşdırılacaq".

Nazir qeyd edib ki, emal mərkəzi üçün ciddi potensial var:

"Uzunmüddətli məqsədlərdən biri Azərbaycanın strateji minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanını qiymətləndirməkdir. Son 10 ildə seçilmiş strateji metalların qiymətlərində ciddi artım müşahidə edilib. Növbəti 10 ildə isə bu metallara qlobal tələbatın daha da artacağı gözlənilir. Alüminium üzrə 23 %, mis üzrə 21 %, sink üzrə 15 %, qızıl üzrə isə 10 % artımın olacağı proqnozlaşdırılır. Azərbaycanın burada bir sıra imkanları və üstünlükləri var. Biz Mərkəzi Asiya–Avropa dəhlizi üzərində yerləşirik və siyasətiniz nəticəsində açar rolunu oynayırıq. Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu mühüm logistika imkanları yaradır. Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarımız isə əlavə imkanlar təmin edir. Rəqabətqabiliyyətli enerji qiymətləri də ölkəmizin mühüm üstünlüyüdür. Bundan başqa, Mərkəzi Asiya və Cənubi Qafqazın xammal potensialına çıxış imkanları Azərbaycanın regional emal imkanlarını genişləndirə bilər".

M.Cabbarov 2027–2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacının 5,3 milyard manat həddində qiymətləndirildiyini qeyd edib: "Bu vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi hesabına, 2,2 milyard manatı dövlət müəssisələrinin vəsaiti, o cümlədən kredit, yəni borc kapitalı, 2 milyard manat isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşacaq. Beləliklə, ümumi investisiyanın təxminən 80 %-i qeyri-büdcə mənbələrindən cəlb ediləcək. Bu baxımdan dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarının səfərbər edilməsi qarşımızda duran əsas məsələdir. Nəticədə yaradılacaq yeni güclər hesabına növbəti 4 il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması nəzərdə tutulur".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…