Əsas məzmuna keç

Azərbaycanda 47 min iş yeri açılacaq - Nazir müavini AÇIQLADI

Azərbaycanda 47 min iş yeri açılacaq - Nazir müavini AÇIQLADI

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev III Milli Rəqabət Forumunda yeni investisiya təşviqi mexanizmləri və sahibkarlar üçün nəzərdə tutulan güzəştləri açıqlayıb.

en ru

2027-ci ildən sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi ilkin investisiya yükünün azaldılmasına xidmət edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu nazirinin birinci müavini Elnur lll Milli Forumunda deyib.

Nazir müavini bildirib ki, bütün bu alətlər sahibkarın layihəyə başlaması və fəaliyyətini genişləndirməsi üçün əhəmiyyətlidir.

“Onların praktik nəticəsi isə tətbiq şərtlərinin aydınlığından, müraciətlərə baxılmasının operativliyindən və uyğun meyarlara cavab verən sahibkarların həmin imkanlardan yararlana bilməsindən asılı olacaq. İnvestisiya mexanizmi də genişləndirilib. Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilədək uzadılıb. Sentyabrın 1-nə 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib. Həmin layihələr 9,3 milyard manat investisiya və təxminən 47 min iş yerinin yaradılmasını nəzərdə tutur”, - deyə Elnur Əliyev qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…