Əsas məzmuna keç

Qara metallurgiya sahəsinə yeni güzəştlər tətbiq olunacaq

Qara metallurgiya sahəsinə yeni güzəştlər tətbiq olunacaq

İqtisadiyyat Nazirliyi ağır sənaye və polad istehsalı üçün yeni dəstək mexanizmlərini açıqladı. Sahibkarları hansı vergi və gömrük imtiyazları gözləyir?

en ru

Azərbaycanda metallurgiya sahəsində əlavə stimullaşdırıcı tədbirlərin və güzəştlərin, o cümlədən dəmir yolu yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqinə dair təkliflər hazırlanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, qara metallurgiya sahəsində mövcud bazar şəraitinin, istehsal və logistika xərclərinin qiymətləndirilməsi, oluna biləcək stimullaşdırıcı tədbirlərin və güzəştlərin müəyyən ediləcək.

Müəyyən edilmiş stimullaşdırıcı tədbirlərin və güzəştlərin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, iqtisadi cəhətdən məqsədə uyğun alətlərinin və rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizmi formalaşdırılacaq.

İqtisadi cəhətdən məqsədəuyğun stimullaşdırıcı tədbirlərin və güzəştlərin tətbiqinə başlanılması, habelə qara metallurgiya məhsullarının daşınması üzrə rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizmi tətbiq ediləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…