Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İqlim dəyişikliyi və "El Niño": Qlobal meşə yanğınları rekord həddə çatıb

2 dəq
Paylaş:
İqlim dəyişikliyi və "El Niño": Qlobal meşə yanğınları rekord həddə çatıb

İqlim dəyişikliyi bu il Afrika, Asiya və digər regionlarda meşə yanğınlarının rekord səviyyədə artmasına səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, alimlər Şimal yarımkürəsində yay fəslinin başlaması və "" hava şəraitinin güclənməsi ilə vəziyyətin daha da pisləşəcəyi barədə edirlər.

Qlobal istiləşmənin şəraitinə təsirini öyrənən "World Weather Attribution" (WWA) tədqiqat qrupunun məlumatlarına görə, yanvar-aprel aylarında qlobal miqyasda 150 milyon hektardan çox ərazi yanıb ki, bu da əvvəlki rekorddan 20% çoxdur.

Təkcə Afrika qitəsində bu il təxminən 85 milyon hektar ərazi külə dönüb. Bu göstərici 69 milyon hektarlıq əvvəlki rekorddan 23% yüksəkdir.

Tədqiqatçılar bildirirlər ki, ekstremal yanğın aktivliyi qeyri-adi dərəcədə rütubətli və quraq şərait arasındakı sürətli dəyişikliklərlə əlaqədardır. Asiyada isə indiyədək təxminən 44 milyon hektar ərazi yanıb və bu, 2014-cü ildə qeydə alınan əvvəlki rekorddan 40% çoxdur. Ən çox zərər çəkən ölkələr arasında Hindistan, Myanma, Tailand, Laos və Çin var.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, Ümumdünya Meteorologiya Təşkilatının proqnozlarına əsasən, bu ay Sakit okeanda dəniz səthinin istiləşməsi nəticəsində yaranan "El Niño" şəraitinin inkişafı gözlənilir.

"Imperial College London" mütəxəssisi və WWA-nın üzvü Teodor Kipinqin sözlərinə görə, mövcud vəziyyət qarşıda xüsusilə ağır bir ilin olacağından xəbər verir. Eyni qurumun iqlimşünası Friderike Otto isə vurğulayıb ki, güclü "El Niño" və insan amilinin yaratdığı birləşərək daha şiddətli və genişmiqyaslı da daxil olmaqla, misilsiz hava ekstremallarına səbəb ola bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax