İranın gecə saatlarında İordaniyadakı “Muwaffaq Salti” aviabazasına endirdiyi zərbələr nəticəsində bir neçə ABŞ hərbi təyyarəsinin zədələndiyi bildirilib.
ABŞ mediasının CBS telekanalına istinadən yaydığı məlumata görə, hücum zamanı bir A-10 “Thunderbolt” hücum təyyarəsinin qanadlarından biri qopub. Təxminən səkkiz F-15 qırıcısının isə yüngül zərər gördüyü və yenidən istismara qaytarıldığı qeyd olunub.
CBS News-un Ağ Ev üzrə baş müxbiri Cennifer Ceykobs məlumatı anonim mənbələrə istinadən “X” platformasında paylaşıb.
Zərbələr barədə xəbərlərin yayıldığı vaxt İran mediası ölkənin cənubundakı bir sıra ərazilərdə partlayış səslərinin eşidildiyini bildirib. Bu ərazilər arasında Sirik, Minab rayonu və Qeşm adası da qeyd olunub.
Xəbərlər Yaxın Şərqdə davam edən qarşıdurma fonunda yayılıb.