Əsas məzmuna keç

İlham Əliyev: Türkmənistanla münasibətlərimiz strateji tərəfdaşlığa əsaslanır

İlham Əliyev: Türkmənistanla münasibətlərimiz strateji tərəfdaşlığa əsaslanır

Prezident İlham Əliyev Aşqabadda keçirilən görüşdə Bakı və Türkmənistan arasında enerji, nəqliyyat və iqtisadi əlaqələrin yeni inkişaf mərhələsini açıqlayıb.

en ru

və Türkmənistanı çoxəsrlik dostluq və qardaşlıq telləri bağlayır və iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

"Ölkələrimiz arasında yüksək səviyyəli təmasların intensiv xarakterini məmnunluqla qeyd edirəm. 2025-ci ilin avqustunda mən Türkmənistana səfər etdim. Ötən il Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana iki dəfə səfər edib, bu ilin iyun ayında isə Türkmənistan Prezidenti Sərdar Qurbanqulu oğlu Berdiməhəmmədov ölkəmizə dövlət səfəri həyata keçirib. Bu təmaslar ikitərəfli münasibətlərə əlavə təkan verib və bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb", - İlham Əliyev qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…