Əsas məzmuna keç

ABŞ ordusu İrana qarşı mümkün hücum planlarını nəzərdən keçirir

ABŞ ordusu İrana qarşı mümkün hücum planlarını nəzərdən keçirir

“New York Times” yazır ki, Donald Trampın göstərişi ilə İranın hərbi və enerji obyektlərinə mümkün zərbələr üçün planlar hazırlanır. ABŞ prezidenti Konqresə aralıq seçkilərə qədər İrana hücum etməyəcəklərini açıqlayıb.

en ru

Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə məxsus üç aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərq regionuna doğru hərəkət etdiyi bildirilir. Bu barədə “The ” (NYT) qəzeti adlarının açıqlanmasını istəməyən amerikalı yüksəkrütbəli rəsmilərə istinadən məlumat dərc edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nəşrin məlumatına görə, ABŞ Prezidenti Trampın tapşırığı ilə (Pentaqon) tərəfindən İranın pilotsuz uçuş aparatları (PUA) və raket arsenalına, strateji infrastrukturu obyektlərinə, həmçinin digər hərbi hədəflərə qarşı genişmiqyaslı zərbələr endirilməsi üçün yeni əməliyyat planları hazırlanır.

İddia olunur ki, təxminən üç gün davam edə biləcəyi proqnozlaşdırılan hərbi əməliyyatlar çərçivəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda-idarəetmə mərkəzləri və strateji qərargahları da əsas hədəf nöqtələri sırasında yer alır.

Bununla belə, ABŞ Prezidenti bəyanatla çıxış edərək Birləşmiş Ştatlarda noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərə qədər İrana qarşı hər hansı hərbi hücumun həyata keçirilməyəcəyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…