Əsas məzmuna keç

İlham Əliyev: Ermənistan yüklərinin Azərbaycan vasitəsilə daşınması üçün müraciət edib

İlham Əliyev: Ermənistan yüklərinin Azərbaycan vasitəsilə daşınması üçün müraciət edib

Azərbaycan Prezidenti Davosda keçirilən forumda Ermənistanın tranzit xahişi və regional kommunikasiyaların açılması perspektivlərindən danışıb.

en ru

öz yüklərinin ərazisindən keçməklə Rusiyaya tranziti üçün rəsmi müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu İlham Əliyev Ümumdünya İqtisadi Forumunda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında deyib.

qeyd edib ki, Azərbaycan artıq Rusiya və Qazaxıstandan gələn yüklərin öz ərazisi vasitəsilə daşınması üçün imkanlar yaradıb.

Hazırda bu yüklər Ermənistana Gürcüstan üzərindən daxil olsa da, Bakı və İrəvanın birbaşa yük mübadiləsinə başlayacağı gün uzaqda deyil.

Prezidentin sözlərinə görə, rəsmi Bakı birtərəfli qaydada öz ərazisini Ermənistana gedən yüklər üçün açıq elan edib.

İlham Əliyev bu proseslərin uğurlu nəticələnməsi üçün diplomatik əlaqələrin əhəmiyyətini vurğulayıb.

Eyni sessiyada çıxış edən Ermənistan prezidenti Vahaqn Xaçaturyan isə dəyişən dünyada Cənubi Qafqazın və Orta Dəhlizin rolunun artdığını bildirib.

O, yeni marşrutların təkcə deyil, həm də enerji resursları və internet rabitəsi üçün alternativ imkanlar yaradacağını qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…