Əsas məzmuna keç

I rübdə dövlət qurumlarının 6 500-ə yaxın əməkdaşı hakerlərin qurbanı olub

I rübdə dövlət qurumlarının 6 500-ə yaxın əməkdaşı hakerlərin qurbanı olub

Bu ilin I rübündə Azərbaycanın dövlət qurumlarında çalışan 6 472 şəxs hakerlərin qurbanına çevrilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, Dövlət Xidmətinin həyata keçirdiyi “Kibergigiyena layihəsi”nə, “informasiya təhlükəsizliyinin təmini üzrə ”ın tətbiqinin edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevrilirlər.

Ən çox belə pozuntuya yol verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Standartlaşma İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…