Əsas məzmuna keç

Husilər və şiə qrupları müharibəyə qoşulur? – Yeni gərginlik

Husilər və şiə qrupları müharibəyə qoşulur? – Yeni gərginlik

Hörmüz boğazının bağlanması ilə İran, ABŞ və İsrail arasındakı gərginlik pik həddə çatdı. Yəmən və İraqdakı silahlılar neft tankerlərinə hücum edə bilərmi?

en ru

Ənsar Allah (Husilər) və İraqdakı şiə silahlı dəstələri boğazının blokadası fonunda İran, və İsrail arasında münaqişənin fəal iştirakçılarına çevrilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN-in analitik hesabatı məlumat yayıb.

Hesabatda qeyd olunur ki, boğazın bağlanması qarşıdurmanı daha da şiddətləndirə bilər.

Məlumata görə, İran əvvəllər Qətər və ərazisində infrastrukturu və ABŞ hərbi bazalarına zərbələr endirib. Lakin indi Tehranı dəstəkləyən regional qüvvələr – Yəməndəki husilər və İraqdakı şiə milislər ABŞ gəmiləri və neft tankerlərinə hücumlara qoşularaq münaqişəni daha da genişləndirə bilərlər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla bir sıra iri şəhərlər hücuma məruz qalıb.

İslam İnqilabı Keşikçiləri Korpusu isə İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib. İran hakimiyyəti həmçinin Hörmüz boğazını ABŞ, İsrail və onlara dəstək verən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarı verib.

Aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. Tərəflər sonradan bəyan edib ki, fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb.

Qeyd edək ki, ABŞ aprelin 13-də İrana qarşı dəniz blokadası tətbiq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…