Əsas məzmuna keç

Holokost qurbanlarının anım günü

Holokost qurbanlarının anım günü

Bu gün biz bəşər tarixinin qəddar vəhşiliklərindən birinin - Holokost qurbanlarını yad edir və yas tuturuq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin...

Bu gün biz tarixinin qəddar vəhşiliklərindən birinin - Holokost qurbanlarını yad edir və yas tuturuq.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib.

“Biz dini və etnik nifrət, soyqırım və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Günü kimi qeyd olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…