Hizbullah bəyanatında bildirib ki, İsrailin Beyrutun cənubunda HƏMAS-ın yüksək rütbəli üzvü Saleh əl-Arurinin ölümünə səbəb olan son hücumu cəzasız qalmayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"İslam müqaviməti İsrailin bu cinayətini cavabsız qoymayacaq", - Livanın siyasi partiyası Telegram-da bildirib.
"Saleh əl-Arurinin öldürülməsinin qisası lazımi anda və lazımi yerdə alınacaq”,- deyə Hizbullah vurğulayıb.
Hizbullahın verdiyi bəyanatda deyilir: "İsrail Qəzza zolağında fələstinlilərə qarşı silahlı hücumun uğursuz olduğu üzə çıxdıqdan sonra siyasi sui-qəsdlərə əl atıb".