Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş Kriştiano Ronaldunun yığmadakı digər futbolçuların münasibətini hörmətsizlik kimi qəbul etmiş ola biləcəyini bildirib. Milli komandada karyerasını başa vuran Ronaldu barədə danışan futbolçu bu ehtimalı istisna etməyib.
“Ola bilsin, Kriştiano bunu hiss edib, bilmirəm. Biz ona mümkün qədər hörmət etməyə çalışırdıq, çünki o, bütün nəsillər üçün nümunədir.
Amma o, hörmətsizlik hiss edibsə, mən kiməm ki, əksini iddia edim? Millinin futbolçusu kimi deyə biləcəyim budur: kapitan mən deyiləm, Bernarudu Silvadır. Yığmada etdiyimiz hər şey Ronalduya həm insan, həm də oyunçu kimi hörmət göstərməyə yönəlmişdi”, – deyə Fernandeşin sözlərini The Touchline X sosial şəbəkəsində yayıb.