“Zəngəzur” UEFA Regionlar Kubokunda ardıcıl ikinci məğlubiyyətini alıb. Azərbaycan təmsilçisi qrupun ikinci turunda Türkiyənin “İstanbul” komandasına 0:5 hesabı ilə uduzub.
Noyabrın 24-də keçirilən oyun Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin ehtiyat meydançasında baş tutub.
“Zəngəzur” ilk matçında Polşanın “Dolnoşlyonski” komandasına 0:12 hesabı ilə məğlub olub. Beləliklə, komanda iki görüşdə qapısından 17 top buraxıb, rəqib qapılarına qol vura bilməyib və xalı yoxdur.
Azərbaycan təmsilçisi qrupdakı son oyununu noyabrın 27-də Rumıniyanın “Karpatians” komandasına qarşı keçirəcək.
Kontekst
“Zəngəzur” noyabrın 21-də qrupun ilk turunda “Dolnoşlyonski”yə 0:12 hesabı ilə uduzmuşdu.